Səudiyyə Ərəbistanı Pro Liqasında 20-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, "Əl-Nəsr" səfərdə "Əl-Riyad"ın qonağı olub.
Komandanın kapitanı Kriştiano Ronaldonun iştirak etmədiyi görüşdə qonaqlar minimal hesablı qələbə (1:0) qazanıblar. Matçın taleyini 40-cı dəqiqədə Sadio Mane həll edib. Seneqallı hücumçu portuqaliyalı futbolçu Joau Feliksin ötürməsini qola çevirərək komandasına 3 xal qazandırıb.
Xatırladaq ki, Ronaldo bu mövsüm ilk dəfə çempionat oyununun iştirak ərizəsindən kənarda qalıb. Daha öncə futbolçunun klub rəhbərliyindən narazı olduğu və matçlarda iştirak etməkdən imtina etdiyi xəbərləri yayılmışdı.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 46-ya çatdıran "Əl-Nəsr" turnir cədvəlində liderliyə yüksəlib. Eyni xala malik, lakin ehtiyatda bir oyunu olan "Əl-Hilal" isə ikinci pilləyə düşüb.