"Vest Hem "Çelsi"nin müdafiəçisi Aleks Disasini mövsümün sonuna qədər icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqavilədə nə məcburi satınalma bəndi, nə də daimi transfer hüququ yer alır. Fransalı futbolçu ilə mövsümün sonuna qədər razılaşma əldə olunub.

Qeyd edək ki, Disasi ötən mövsüm icarə əsasında "Aston Villa"da çıxış edib.