"Zədələri nəzərə almasaq hazırlığımız normal keçdi. Sevindirici hal odu ki, komandaya yeni cəlb etdiyimiz oyunçuların gəlişindən sonra mövqelər üzrə rəqabət bir qədər də artıb". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Adil Şükürov deyib.

Təcrübəli mütəxəssis qış fasiləsinin komandası üçün faydalı olduğunu bildirib:

"İnşallah yeni futbolçular komandaya qısa vaxtda uyğunlaşarlar. Fasilə komandaya faydalı oldu. Çünki düşərgəyə yeni oyunçular cəlb edə bildik və bu da iddiamızı sürdürməyə kömək edəcək. Hədəf dəyişməz olaraq qalır - Premyer Liqaya qayıtmaq. Bunun üçün də qarşıdakı mövsümdə bizimlə yola davam edəcək futbolçuları "rənglərimizə bağladıq". 

Qeyd edək ki, "Səbail" Birinci Liqada qış fasiləsinə 22 xalla 3-cü pillədə yollanıb.