İkinci Liqa təmsilçisi "Xankəndi" "Neftçi"nin sabiq futbolçusu Əli Mürsəlovu heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 24 yaşlı futbolçunun son klubu I Liqa təmsilçisi "Baku Sportinq" olub.

 

Qeyd edək ki, Mürsəlov karyerası ərzində "Neftçi" ilə yanaşı, "Turan Tovuz" və "Zirə"nin də şərəfini qoruyub.