Azərbaycan cüdoçuları Belçikada keçirilən Beynəlxalq Açıq Turnirdə uğurla çıxış ediblər. Sport24.az xəbər verir ki, millimiz yarışda 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

 

Vise şəhərində baş tutan turnirin ikinci yarış günündə Yaşar Nəcəfov (-66 kq) bütün görüşlərdən qalib ayrılıb.

 

Eyni çəki dərəcəsində Tofiq Məmmədov (-66 kq) və Cəsur İbadlı (-81 kq), həmçinin qadınlardan Gültac Məmmədəliyeva (-52 kq) bürünc mükafat əldə edib.

 

Qeyd edək ki, ilk yarış günündə Murad Muradlı (-60 kq), Camal Feyziyev (+100 kq) qızıl, Əbil Yusubov (-73 kq), Zelim Tçkayev (-90 kq) gümüş, Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medala yiyələnmişdi.