"Qarabağ" cari mövsüm avrokuboklarda qazanılan qələblərə görə ilk "10-luq"da qərarlaşıb. Sport24.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasında (təsnifatlar daxil) meydana çıxdığı qarşılaşmaların 8-də sevinən tərəf olub.
"Köhlən atlar" cəmi bir heç-heçə ediblərsə, 5 matçda məğlub olub.
Cari mövsüm avrokuboklarda ən çox qələbə qazanan komandalar:
"Midtyulland" (Danimarka) - 11 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət
"Braqa" (Portuqaliya) - 10 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət
"Rakuv" (Polşa) - 9 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət
"Arsenal" (İngiltərə) - 8 qələbə
"Ferentsvaroş" (Macarıstan) - 8 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət
"AZ Alkmar" (Niderland) - 9 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət
"Sparta" (Çexiya) - 8 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət
"Qarabağ" (Azərbaycan) - 8 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət