La Liqa prezidenti Xavyer Tebas vəzifəsindən sui-istifadə etdiyinə görə postundan kənarlaşdırıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.

 

Tebasın hansı barların futbol oyunlarını pirat yayımladığını açıqlayan hər kəsə 50 avro təklif edən kampaniya ilə əlaqəsi olduğu bildirilir.

 

O, həmçinin şantaj etməkdə də şübhəli bilinir. Məlumata görə, La Liqa bar sahiblərinə hüquqi tədbirlər görülməsi ilə hədə-qorxu gələrək kompensasiya ödəməyə təzyiq göstərib. Tebasın günahkar olduğu sübut olunarsa, o, işdən çıxarıla bilər.

 

Qeyd edək ki, 2025-ci ilin avqust ayında İspaniya Ali İdman Şurası (CSD) La Liqa prezidenti Xavyer Tebası "Barselona"nın daxili əməliyyatları ilə bağlı məxfi məlumatları sistematik şəkildə açıqlamaqda ittiham edən araşdırma aparıb.