Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XVI tur çərçivəsində daha bir oyun keçiriləcək. Sport24.az xəbər verir ki, "Gəncə" "doğma divarlar" arasında  NTD-ni qonaq edir.

 

Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq görüşün start fiti saat 14:00-da səslənəcək. 

 

Qeyd edək ki, tura sabah yekun vurulacaq. Hesabat həftəsinin digər oyunlarında "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) məğlub edib.