Futbol üzrə Azərbaycan I Liqasında mübarizə davam edir. Sport24.az xəbər verir ki, bu gün XIII turun növbəti matçı keçirilib.

 

"Şahdağ Qusar" "Difai"ni qəbul edin. Görüş Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutub. 

 

Matç meydan sahiblərinin üstünlüyü ilə keçib. Rahid Əmirquliyevin də fərqləndiyi matçda şimallılar qələbə qazanıb - 4:0.

 

I Liqa

XIII tur

6 fevral

"Şahdağ Qusar" - "Difai" 4:0

Baş hakim: Ruslan Quliyev

Yan xətt hakimləri: Səbuhi Əmrahov, Səbuhi Soltanov

Ehtiyat hakim: Sənan Bayramzadə

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Elman Musayev

Şamaxı OİK stadionu