Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, "Murov Az Terminal"la qarşılaşan "DH Volley" komandası rəqibini 3:0 (25:22, 25:17, 25:21) hesabı ilə məğlub edib.
Görüş "Murov Az Terminal"ın idman zalında keçirilib.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Azərreyl" UNEC-ə (3:1), "Turan" "Gəncə"yə (3:1) "Milli Aviasiya Akademiyası" isə "Abşeron"a (3:1) qalib gəlib.