Türkiyənin "Konyaspor" klubu yeni baş məşqçi ilə anlaşıb. Sport24.az xəbər verir ki, Superliqa təmsilçisi İlhan Palutla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

49 yaşlı mütəxəssis bu gün yeni klubu ilə müqavilə imzalayıb. O, bu postda Çağdaş Atanı əvəzləyib.

 

Qeyd edək ki,  İlhan Palutun son iş yer  "Rizespor" olub.