"Beşiktaş" müdafiəçi Emmanuel Aqbadunu transfer edib. Sport24.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti barədə heç nə bildirilməyib.
28 yaşlı kot-d'ivuarlı futbolçu 2025-ci ilin sentyabrından "Vulverhempton"un formasını geyinib. O, cari mövsümdə 17 oyunda iki məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər idi.
Qeyd edək ki, Aqbadou karyerası ərzindəFransanın "Reyms", Belçikanın "Eupen", Kot-d'İvuarın "San Pedro" və Tunisin "Monastir" klublarında da oynayıb. "Transfermarkt" portalı onun transfer dəyərini 18 milyon avro olaraq qiymətləndirir.