"Roma"nın keçmiş futbolçusu Françesko Totti klubun texniki direktoru ola bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib:

 

"Françesko Totti "Roma"nın texniki direktoru ola bilər. O, Riki Massaranın dövründə Paolo Maldininin "Milan"da tutduğu vəzifəyə bənzər bir postu tuta bilər".

 

Qeyd edək ki, 49 yaşlı Françesko Totti 2017-ci ildə karyerasını başa vurub. Daha sonra o, "Roma"nın rəhbər heyətində yer alsa da, 2019-cu ildə klubdan ayrılıb. "Roma" ilə İtaliya çempionatını (2000/2001), İtaliya Kubokunu (2006/2007, 2007/2008) və İtaliya Super Kubokunu (2001, 2007) qazanıb. İtaliya millisinin heyətində dünya çempionu olan Totti, 2000-ci ildə Avropa çempionatının günüş medalını boynundan asıb.