"Napoli"nin hücumçusu Antonio Verqara müqaviləsini yeniləyib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Neapol şəhərinin təmsilçisi 23 yaşlı oyunçunun müqavilə müddətini 2031-ci ilə qədər uzadıb. Klub rəhbərliyi gənc futbolçunun performansını yüksək olacağına inanır.
Qeyd edək ki, Verqara "Napoli" klubunun öz yetirməsidir. İtalyalı futbolçu bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.