Joan Laporta keçmiş futbolçusu Lionel Messi ilə münasibətləri haqqında danışıb. Laporta 2023-cü ilin Ballon d"Or mərasimində baş verən bir hadisəni xatırladaraq bildirib: "Onu salamlamaya getdim, amma o, salamlaşmağımızın lazım olmadığına qərar verdi".
Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Prezidentin sözlərinə görə, bu hadisə onların arasındakı məsafəni göstərib və münasibətlərinə zərər vurub. Buna baxmayaraq, Laporta gələcəkdə uzlaşma üçün bəzi cəhdlərin olduğunu və qapını tamamilə bağlamadığını qeyd edib.
Hər şeyə rəğmən, Laporta Messiyə olan hörmətini və heyranlığını vurğulayıb: "Münasibət zədələnib, amma o, "Barselona" əfsanəsidir".