Braziliya futbolunun ulduzu Neymar diz əməliyyatından sonra bərpa dövrünü tamamlayaraq meydana qayıtsada, "Santos"un "Novorizontino" ilə oyunda 96-cı dəqiqədə buraxılan qol səbəbindən uduzmasına mane ola bilməyib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Oyunun ilk yarısında Neymarın ötürmə xətası rəqibin ilk qoluna səbəb olub. İkinci hissədə isə "Santos" hesabı bərabərləşdirsə də, Vinícius Paivanin ötürməsi ilə Leo Naldinin qolu "Novorizontino"ya qalibiyyəti gətirib.
Qeyd edək ki, bu məğlubiyyət sonra "Santos" Paulista çempionatında mübarizəni dayandırıb.