"Nyukasl" Bakıdakı oyunda hər şeyi həll edib. Məncə, cavab matçı artıq onlar üçün bir o qədər də önəmli olmayacaq". 

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

 

Veteran futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından gözləntilərini bölüşüb:

 

"Həmin qarşılaşmada bir daha göründü ki, o səviyyəyə çatmaq üçün bizə illər lazımdır. Amma nəzərə almalıyıq ki, İngiltərə futbolu tamam başqa səviyyədir. "Qarabağ" cavab qarşılaşmasında, səfərdə çox qol buraxmamağa çalışacaq. Yəqin ki, bunu bacaracaqlar. Məhz buna ümid edirəm.

 

Ölkə futbolunda hansısa komandamızı bir də bu mərhələlərdə görə biləcəyikmi? Ola bilər bunu mən, sən görməyək. Mən elə fikirləşirəm ki, bir də belə uğur olmayacaq. Dünyanın nəhəng komandalarının arasında olmaq böyük uğur və tarix idi. Təki fikrimdə yanılım. Amma hazırda bu real görünmür".

 

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.