"İnter" prezidenti Cuzeppe Marotta İspaniyada yayılan və klubun Dieqo Simeone ilə öncədən razılaşdığı barədə xəbərləri qəti şəkildə təkzib edib. Sport24.az xəbər verir ki, Moratto bu barədə "Sky Sport Italia"ya müsahibə verir

"Bu, tamamilə yalandır, heç danışmağa dəyməz, çünki biz Kristian Kivu ilə olduqca məmnunuq".

O əlavə edib: "Bəlkə bir az da şanslı olmuşuq, amma Kivu faktlarla göstərir ki, bu komandaya rəhbərlik edə biləcək səviyyəli məşqçidir".