"Benfika"nın hücumçusu Canluka Prestianni Çempionlar Liqasının pley-off mərhələsinin "Real"a qarşı ikinci oyunundan əvvəl yeni qalmaqalın mərkəzində olub. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

 

 

Mənbənin sözlərinə görə, italyan oyunçu komandasının Madriddə məskunlaşdığı otelin qarşısında şifahi hücuma məruz qalıb. Bir qrup "Real" azarkeşi "Benfika"nın futbolçularını qarşılayıb və Prestianniyə "Axmaq" deyə səsləniblər.

 

Qeyd edək ki, UEFA Lissabonda keçirilən ilk oyundan sonra Portuqaliya təmsilçisinin oyunçusunu cəzalandırıb. Qeyd olunub ki, Prestianni ağzını köynəyi ilə örtərək Vinisiusu təhqir edib.