Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bu gecə baş tutacaq qarşılaşmalardan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək. 

 

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi oyunlardan biri də İtaliyada keçiriləcək. "Qalatasaray" Turində "Yuventus"un qonağı olacaq. "Real" isə Madriddə "Benfika" ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, ötən gecə keçirilən matçlardan sonra "Atletiko" (İspaniya), "Bayer" (Almaniya), "Budyo Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) 1/8 finala vəsiqə qazanıblar.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

25 fevral

 

21:45. "Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)

İlk oyun - 0:2

00:00. PSJ (Fransa) - "Monako" (Fransa)

İlk oyun - 3:2

00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə)

İlk oyun - 2:5

00:00. "Real" (İspaniya) - "Benfika" (Portuqaliya)

İlk oyun - 1:0