Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar baş tutacaq. Sport24.az xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış qarşılaşma keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq görüşdə "Azerreyl" "Xilasedici"ni qonaq edəcək. Görüş ilə saat 17:00-da başlayacaq.
Qadınların yarışında isə IX tur çərçivəsində iki görüş keçiriləcək. "Murov Az Terminal" "Turan"ı, "Milli Aviasiya Akademiyası" "DH Volley"i sınağa çəkəcək.
Qeyd edək ki, hər iki görüşün start fiti saat 17:00-da səslənəcək. İlk qarşılaşma "Murov Az Terminal"ın, ikinci matç isə "Milli Aviasiya Akademiyası"ının idman zalında baş tutacaq.