16 yaşadək voldeybolçu qızlardan ibarət yığmamız Türkiyədə təlim-məşq toplanışı keçəcək.

Sport24.az xəbər verir ki, millimiz bu gün Ankara şəhərinə yola düşüb.

Hazırlıq Türkiyə yığması ilə birlikdə təşkil olunub. İyulun 18-ə kimi davam edəcək təlim-məşq toplanışında komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandanın baş məşqçisi Şahin Çatmaheyətdə 16 voleybolçuya yer verib.