Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur start götürəcək. Sport24.az xəbər verir ki, turun ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.
Kişilərin yarışında əvvəlcə "Azərreyl" "Nefçi" ilə üz-üzə gələcək. Qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 16:00-da başlayacaq.
"Xilasedici" isə saat 17:00-da "Murov Az Terminal"lı sınağa çəkəcək. Bu görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.
Abşeron Olimpiya İdman Kompleksində isə "Gənclər" "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Qadınların mübarizəsində isə bir oyun keçiriləcək. "DH Volley" "Gənclər"lə üz-üzə gələcək. Oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 18:00-da start götürəcək.