"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo çiynindən aldığı zədə səbəbindən təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Olmo La Liqanın 19-cu turunda Madrid "Atletiko"su (3-1) ilə görüşün 66-cı dəqiqəsində zədələnərək meydanı tərk edib. O, "Atletiko"nun qapısına qələbə topunu vurarkən yöndəmsiz şəkildə yerə düşüb və çiynindən zədələnib.
Böyük ehtimalla, Olmo çempionatda "Betis", Çempionlar Liqasında isə Frankfurt "Ayntraxt"ı ilə la oyunları buraxacaq.
Qeyd edək ki, futbolçu cari mövsümdə bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.