Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 19-cu turunda "Barselona"ya 3-1 hesabı ilə məğlub olduqları oyundan sonra Kataloniya təmsilçisinin hücumçusu Rafinyanın oyununu yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis bununla bağlı "AS" nəşrinə açıqlama verib:

 

"Rafinya inanılmaz oyunçudur. O, istənilən mövqedə oynaya bilər. Cinah yarımmüdafiəçisi, yarımmüdafiəçi, hücumçu və ya müdafiəçi kimi. O, qol vura, qol şansları yarada, pressinq edə və sürətli qaça bilər. Hələ də onun "Qızıl top"u necə qazanmadığını başa düşmürəm. Şəxsən mən həmişə onu seçərdim".

 

Qeyd edək ki, aktivində 37 xal olan "Barselona" la Liqanın lideridir. "Atletiko" isə 31 xalla 4-cü pillədə yer alıb.