"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland İngiltərə çempionatının 14-cü turunda "Fulhem"ə qarşı matçda (5:4) Premyer Liqada 100-cü qolunu vurub. Sport24.az xəbər verir ki, forvard yubiley qolu ilə bağlı "BBC"yə açıqlama verib:
"Premyer Liqada 100 qol vurduğum üçün qürur duyuram və xoşbəxtəm. Amma sən "Mançester Siti"nin hücumçususansa daim fərqlənməlisən. Və bu, mənim işimdir. Qol vurmasam, insanlar məni tənqid etməlidirlər və adətən edirlər. Ancaq sonda dediyim kimi, qol vurmalıyam!"
Qeyd edək ki, norveçli hücumçu bu mövsüm "Mançester Siti"də bütün turnirlərdə 19 oyuna çıxıb, 20 qol və 3 məhsuldar ötürmə edib.