Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb. Sport24.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mütəxəssis qadın voleybolçuların CEV Kubokunda PAOK (Yunanıstan) - "OTP Banka Branik" (Sloveniya) matçının baş hakimi olacaq.
Bu görüşdə ikinci hakim kimi isə polşalı Pyotr Krol yer alacaq.
Qeyd edək ki, oyun dekabrın 3-də Yunanıstanda keçiriləcək.