"Ayntraxt"ın yarımmüdafiəçisi Jan-Matteo Baoya qışda "Arsenal"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb.

 

20 yaşlı fransız oyunçu hazırkı komandasında az oyun keçirməsinə baxmayaraq, London klubunun ciddi marağına səbəb olub. Yarımmüdafiəçi cari mövsümündə Frankfurt klubunun heyətində Bundesliqada oyunlarının yalnız yarısında meydana çıxıb. 

 

Qeyd edək ki, əslən Kamerundan olan Baoya Fransa U-21-nin də formasını geyinir. İki klub arasında danışıqlar hələ başlamayıb. Ancaq"Ayntraxt" artıq "Arsenal"ın marağından xəbərdardır və gənc ulduzu üçün 70 milyon avro qiymət təyin edib.