Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, qarşılaşmalardan ikisi bölgədə, biri isə paytaxtda baş tutacaq.

 

"Şamaxı" "doğma divarlar" arasında I Liqa təmsilçisi "Baku Sportinq"i qəbul edəcək. Qubada isə "İmişli" "Sabah"la üz-üzə gələcək.

 

İkinci oyun gününə "Azersun Arena"da yekun vurulacaq. "Qarabağ" ötən həftə Misli Premyer Liqasının XIII tur çərçivəsində məğlub etdiyi (2:0) "Karvan-Yevlax"la qarşılaşacaq.

 

Qeyd edək ki, dünən isə ölkə kubokunun 1/8 final mərhələsində iki görüş baş tutub. "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" "Neftçi"ni (1:0) məğlub edərək mübarizədən kənarlaşdırıb. Onu da vurğulayaq ki, bu mərhələnin oyunları bir qarşılaşmadan ibarətdir.

 

Bizon Azərbaycan Kuboku

1/8 final mərhələsi

 

14:00. "Şamaxı" - "Baku Sportinq"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı. Şəhər stadionu.

 

14:00. "İmişli" - "Sabah"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Quba. OİK stadionu.

 

19:00. "Qarabağ" - "Karvan-Yevlax"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı. "Azersun Arena".