"Murov Az Terminal" voleybol klubu növbəti transferini həyata keçirib. Sport24.az xəbər verir ki, komanda yunanıstanlı Zoe Faki ilə müqavilə bağlayıb. 

 

Yunan voleybolçu son olaraq, Filippin çempionatında "Choco Mucho Flying Titans" klubunun şərəfini qoruyub. O, həmçinin, vətənində, eləcə də ABŞ tələbə liqasında çıxış edib.

 

Qeyd edək ki, "Murov Az Terminal" bunadək tailandlı libero Jidapa Nahuanongı transfer edib.