Azərbaycan millisinin voleybolçuları Ülkər Kərimova, Yuliya Kərimova və Ayşən Abduləzimovanın yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə "Report"a Tovuzda yeni yaradılmış "Turan" komandasının baş məşqçisi Ziya Rəcəbov məlumat verib.

 

Mütəxəssis hər üç oyunçunun heyətə cəlb olunduğunu bildirib.

 

Qeyd edək ki, Ülkər Kərimova və Yuliya Kərimova son olaraq "Gəncə"də, Ayşən Abduləzimova isə Macarıstanın "Vaşaş" klubunda çıxış edib.