Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan Niderandın "Ayaks" klubu hücumçusu Brayan Brobbi ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, Amsterdam təmsilçisi niderlandlı futbolçusunu İngiltərənin "Sanderlend" klubuna satıb.
Müqavilənin dəyəri 20 milyon avro təşkil edib.
Xatırladaq ki, Azərbaycan çempionu dekabrın 10-da Bakıdakı Tofiq Bəhramov adına stadionda "Ayaks"ı qəbul edəcək. Oyuna Bakı vaxtı ilə 21:45-də start veriləcək.