Rumıniyanın U-21 yığmasının müdafiəçisi Ümit Akdağ Türkiyə millisində oynaya bilər. Sport24.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bununla bağlı 21 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Hazırda "Alanyaspor"un formasını geyinən Akdağ bu barədə qərar verməyib. Buxarestdə dünyaya gəlmiş Ümitin hər iki valideyni türkdür.
FSKB-nin yetirməsi olan gənc futbolçu "Çelsi"nin də akademiyasında çıxış edib. "Göztepe", "Alanyaspor" və "Tuluza"da çıxış etmiş Ümitin xidmətində Avropanın bir çox klubu da maraqlıdır. Mərkəz müdafiəçisi olan futbolçu Rumıniyanın U-21 yığmasında 10 matç keçirib və 2 qol vurub.