FFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

Əvəzedicilər Liqasının 3-cü turunun "Sabah-2" – "Qarabağ-2" oyununda "Sabah-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah-2" komandası 70 manat cərimə edilib.

 

"Turan Tovuz-2" – "Araz-Naxçıvan-2" oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə "Turan Tovuz-2" komandası 200 manat cərimə edilib.

 

"Turan Tovuz-2" – "Araz-Naxçıvan-2" görüşündə oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə "Turan Tovuz-2" komandası 200 manat cərimə edilib.