"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib. Sport24.az xəbər verir ki, "köhlən atlar"ın 8 oyundan ibarət əsas mərhələ üçün sifariş ərizəsində 24 futbolçu yer alıb.

 

Pley-off mərhələsi ilə müqayisədə müdafiəçi Amin Rzayev heyətdən çıxarılıb. Onun əvəzinə yeni transfer Kamilo Duran hücumçu kimi sifariş olunub.

 

Zədəli olan Aleksey İsayev və daha bir yeni transfer Joni Montiel də Çempionlar Liqasından kənarda qalıb.

 

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç

 

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə

 

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə

 

Hücumçular: 17. Kamilo Duran, 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə