Almaniyanın "Ayntraxt" klubu baş məşqçi vəzifəsinə Xabi Alonsonu gətirə bilər. Sport24.az xəbər verir ki, barədə Bild nəşri məlumat yayıb.
Son 9 oyunda yalnız 1 qələbə qazanan "Ayntraxt"ın baş məşqçisi Dino Toppmöllerin gələcəyi sual altındadır. Almaniya mətbuatı onun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayır.
Frankfurt klubunun idman direktoru Markus Kröşe Xabi Alonso ilə görüşərək mümkün əməkdaşlığı müzakirə etmək niyyətindədir. Bildirilir ki, Xabi Alonso top-klublardan təklif gözlədiyi üçün bu variantdan imtina da edə bilər.
Qeyd edək ki, Alonso 2022–2025-ci illərdə Almaniyada "Bayer"i çalışdırıb. Onun dövründə Leverkuzen klubu Almaniya çempionu olub, ölkə kubokunu və Superkuboku qazanıb. İspaniyalı mütəxəssis ötən yay Madrid "Real"ının baş məşqçisi təyin olunsa da, 12 yanvar tarixində istefaya göndərilib.
Xatırladaq ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar yanvarın 21-də Bakıda qarşılaşacaq.