İslandiya Futbol Federasiyası 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Reykyavikdə Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl Birkir Byarnasonla vida mərasimi keçirəcək. Sport24.az xəbər verir ki, "Tor" ləqəbli yarımmüdafiəçi İslandiya üçün tarixi şəxsiyyətdir.

 

O, millidə ən çox oyun keçirən futbolçudur. Birkir ümumilikdə 113 oyunda 15 qol vurub. Bjarnason 2016-cı il Avropa Çempionatı və 2018-ci il Dünya Kubokunda çıxış edib. O İslandiya tarixində həm Avropa, həm də beynəlxalq turnirlərdə ilk qolun müəllifidir.

 

Birkirin debüt matçı 2010-cu ilin may ayının sonlarında Lauqardalsvöllurda Andorra ilə yoldaşlıq görüşündə, son oyunu isə 2022-ci ilin noyabrında Kaunasda Litvaya qarşı olub. Canlı əvsanə klub karyerasını İtaliyanın "Breşiya" klubunda davam etdirir.

 

Qeyd edək ki, Bjarnasonla vida mərasimi sentyabrın 5-də komandaların oyunöncəsi isinmə hərəkətlərindən sonra baş tutacaq.