"Şəki" klubu 9 basketbolçusu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

 

Tariel Yusifzadə, Məcid İsmayılov, Roti Veyr, Coş Robinson, Terens Hanter-Vitfild, Karl Cons, Tomi Lyuk, Pol Dibal və Adebayo Oduleye ilə başa çatmış müqavilənin müddəti artırılmayıb.

 

Ötən mövsüm komandada oynayan basketbolçulardan Şəki məktəbinin yetirmələri – Kamal İmamverdiyev, Tərlan Abduləzizov, eləcə də millimizin üzvü Ərcan Donatla yeni müqavilə bağlanılıb.