Azərbaycanın II Liqa təmsilçisi "Xankəndi" komandası baş məşqçi İbrahim Uzunca ilə müqavilə müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Ötən mövsüm komandanı Region Liqasının çempionu edən 63 yaşlı mütəxəssislə 1 illik anlaşma imzalanıb.

 

Qeyd edək ki, Uzunca karyerası ərzində Azərbaycanda "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ Quba", "Xan Lənkəran" və "Dinamo" klublarını çalışdırıb. Türkiyədə isə "Adana Demirspor", "Kayseri Erciyesspor", "Pozantı Genclik", "Kadirli Demir", BÇ "Mimaroba" ("Küçükçekmece") və "Osmaniyespor"da baş məşqçi kimi fəaliyyət göstərib.