Bu günlərdə "Fənərbaxça"dan ayrılan Joze Mourinyo Rusiyada çalışa bilər. Sport24.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Portuqaliyalı mütəxəssis meneceri vasitəsilə rusiyalılarla danışıqlara başlayıb.
62 yaşlı məşqçi Rusiyada işləmək üçün köməkçiləri ilə birlikdə illik 20 milyon avro maaş və 2 illik müqavilə istəyib.
"Fənərbaxça" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya məğlub olduqdan sonra Joze Mourinyo istefaya göndərilib. O, daha əvvəl "Çelsi", "İnter" və "Real" kimi top klubları da çalışdırıb.