2025/2026-cı il mövsümü üçün hazırlığını davam etdirən "Səbail" ilk əcnəbi transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, 23 yaşlı dayaq yarımmüdafiəçisi Afonso Almeida Duarte ilə 1+1 illik müqavilə imzalanıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Braziliyalı futbolçu son olaraq ölkəsində "Patriatos" klubunda çıxış edib.