"Mirandes" "Rayo Valyekano"nun hücumçusu Etyen Eto'nu icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Futbolçu sentyabrın 2-də yeni komandasına qoşulub. 

 

Qeyd edək ki, Kamerun yığmasının əfsanəsi, "Barselona"nın sabiq hücumçusu Samuel Eto"onun 23 yaşlı oğlu "Rayo Valyekano"nun əsas heyətində 3 oyuna çıxıb və 1 qol vurub. O, ikinci komandanın heyətində də 6 oyunda 6 dəfə fərqlənib.