Joze Mourinyo ilə yolları ayıran "Fənərbaxça" yeni baş məşqçi postuna "Ştutqart"ın çalışdırıcısı Sebastyan Hönessin namizədliyini nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Serkan Həmzəoğlu X sosial şəbəkəsində paylaşım edib.

 

Bu ilin martında 43 yaşlı mütəxəssis "Ştutqart"la müqaviləsini 2028-ci ilə qədər uzadıb.

 

Qeyd edək ki, İstanbul klubu avqustun 2-də 2024-cü ilin iyunundan komandanın "sükanı arxasına" keçən Joze Mourinyonu istefaya göndərib.