İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Raul "Bayer"in yeni baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Leverkuzen klubunun rəhbərliyi əvvəllər "Şalke"də çıxış etmiş 48 yaşlı ispaniyalının namizədliyini nəzərdən keçirir.
Raul 2019-2025-ci illərdə "Real"ın gənclər komandasının məşqçisi olub. Onun rəhbərliyi altında komanda 209 oyun keçirib: 82 qələbə, 70 heç-heçə və 57 məğlubiyyət.
Qeyd edək ki, "Bayer" Sentyabrın 1-də Erik ten Haqın baş məşqçi postundan uzaqlaşdırıldığını elan edib. 55 yaşlı niderlandlı iyulun 1-dən klubu qəbul edib. Onun rəhbərliyi altında "Bayer" üç rəsmi oyun keçirib: 1 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə. Leverkuzen klubu hazırda 1 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.