PSJ-nin müdafiəçisi Presnel Kimpembe "Milan"ın təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.  

 

"Qırmızı-qaralar" əvvəlcə Manuel Akanjini transfer etmək istəsə də, o, "Mançester Siti"dən "İnter"ə keçib. İtaliya klubu Kimpembeni alternativ hesab etsə də, futbolçu varianta razı olmayıb. Müdafiəçinin karyerasını Qətərdə davam etdirəcəyi gözlənilir.

 

Qeyd edək ki, Kimpembe PSJ-nin yetirməsidir və 2005-ci ildən bu klubda çıxış edir. Ümumilikdə Presnel parislilərin əsas komandasında 241 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 5 milyon avrodur.