"Atletiko Mineyro" Xorxe Sampaolinin baş məşqçi təyin olunduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssislə 2027-ci ilin dekabrına qədər müqavilə imzalanıb.

 

Sampaoli yeni klubunun düşərgəsinə bu təşrif buyuracaq. Komanda növbəti oyunu sentyabrın 11-də "doğma divarlar" arasında "Cruzeyro"ya qarşı keçirəcək.

 

Qeyd edək ki, Argentina millisinin sabiq çalışdırıcısı 2020-ci il mövsümündə "Atletiko Mineyro"nun baş məşqçisi olub. Onunla komanda Minas-Jerays ştatının çempionluğunu qazanıb, həmçinin Braziliya çempionatında üçüncü yeri tutub.