"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

Yarımmüdafiəçi yığma komandanın heyətində DÇ-2026-nın seçmə mərhələsində Çexiya və Xorvatiya ilə qarşılaşacaq. 

 

Qeyd edək ki, Monteneqro millisinin Çexiyaya qarşı oyunu 5 sentyabr, Xorvatiyayla matç isə 8 sentyabrda keçiriləcək.