Türkiyə çempionu "Qalatasaray" növbəti transferini yekunlaşdırıb. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi "Mançester Siti"də çıxış edən İlkay Gündoğanın keçidini həll edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Almaniya millisinin sabiq üzvü artıq İstanbuldadır. 34 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

 

"Qalatasaray" təcrübəli oyunçu üçün İngiltərə klubuna təzminat ödəməyəcək.

 

Qeyd edək ki, İlkay Gündoğan ötən mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 54 rəsmi matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.