Qadın voleybolçular arasında keçirilən dünya çempionatında qrup mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, Tailandın evsahibliyi etdiyi mundialda pley-offa vəsiqə qazanan 16 komanda müəyyənləşib.

 

Bu mərhələnin oyunlar avqustun 29-da start götürəcək. Qardaş ölkə təmsilçisi Türkiyə Sloveniya ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, dünya çempionatı sentyabrın 7-də yekunlaşacaq. 

 

Dünya çempionatı, 1/8 final
29 avqust

Niderland - Serbiya
Yaponiya - Tailand

30 avqust
İtaliya - Almaniya
Polşa - Belçika

31 avqust
Çin - Fransa
Braziliya - Dominikan Respublikası

1 sentyabr
ABŞ - Kanada
Türkiyə - Sloveniya