Sloveniyada keçirilən turnirə qatılan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 

"Preddvor" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

 

Qeyd edək ki, millimiz sentyabrın 6-da Farer adaları, 9-da isə Polşanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə qarşılaşacaq.